"Roma" "Liverpul"la qarşılaşacağını bir gün öncədən bilirmiş

Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkü atılıb. Sürpriz şəkildə "Barselona"nı mübarizədən kənarlaşdıran "Roma" "Liverpul"a, "Bavariya" isə turnirin son iki mövsümünün qalibi "Real"a rəqib olub.

Newsport.az saytının məlumatına görə, yarımfinal cütlükləri müəyyənləşəndən sonra yayılan bir iddia aranı qarışdırıb. Belə ki, "Roma" püşkatmadan bir gün mövsümlük oyunlara kart almış azarkeşlərinə xüsusi bir email göndərib. Bu emaildə azarkeşlərin "Liverpul"la oyun üçün bilet ala biləcəkləri link də olub. İddia olunur ki, "Roma" hətta ilk matçın harda keçiriləcəyini də doğru təxmin edib.

Gələn emailin ekran görüntüsünün bir çox azarkeş tərəfindən sosial mediada paylaşılmasından sonra açıqlama yayan "Roma" bunun "texniki problem" olduğunu bildirib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right