“Qarabağ Vyana” liderdən xal aldı

Avstriyanın Şərq Regional Liqasında (3-cü liqa) növbəti turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlıların klubu olan “Qarabağ Vyana” lider “Horn”u qəbul edib. Oyun heç-heçə yekunlaşıb - 0:0.

“Qarabağ Vyana”nın üzvü olan azərbaycanlı futbolçulardan Emil Fərzəliyev və Dmitri Nağıyev bu görüşün iştirakçısı olmayıb. Elvin Bədəlov isə start heyətdə meydana çıxıb və sonadək oynayıb.

22 oyundan 35 xalı olan “Qarabağ Vyana” hazırda 16 komanda arasında 8-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right