Zidandan penalti epizodu ilə bağlı açıqlama

"Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/4 finalında "Yuventus"la cavab oyununda rəqib qapısına təyin olunan penalti epizodu ilə bağlı açıqlama verib.

Newsport.az-ın məlumatına görə, fransalı mütəxəssis  bu qərarın soyğunçuluq kimi qiymətləndirilməsinə əsəbiləşdiyini söyləyib: " Uğurlarımıza təəssüflənən insanlar var, amma bu klubun tarixini heç kim dəyişdirə bilməz. Dünyanın ən böyük klubundan danışırıq. Buna görə də paxıllıq edənlər olur".

Zidan bildirib ki, penalti qərarı ilə bağlı mübahisələrin olması normaldır: "Amma bəzi sözlər daha artıq olmağa başladı. Şübhəsiz ki, biz  növbəti mərhələyə yüksəlməyə layiqik".

Xatırladaq ki, 90+3-cü dəqiqədə “Yuventus”un qapısına penalti təyin edilib. "Real" penaltini dəqiq yerinə yetirib və iki oyunun nəticəsinə əsasən (1:3, 3:0) yarımfinala vəsiqə qazanıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right