“Traktor Sazi” səfərdə uduzdu

İran çempionatında 28-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Cənubi Azərbaycanı təmsil edən klublar da növbəti matçlarını keçiriblər.

Təbrizin “Traktor Sazi” klubu səfərdə “Sepidrood Rəşt”lə qarşılaşıb. Türkiyəli mütəxəssis Ərtuğrul Sağlamın yetirmələri bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Cənubi Azərbaycanın digər təmsilçisi “Göstəriş” isə bu turda doğma meydanda “İstiqlal” ilə heç-heçəyə razılaşıb - 1:1.

“Göstəriş” hazırda 35 xalla 16 klub arasında 9-cu, “Traktor Sazi” isə 30 xalla 10-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right