Fərid 90 dəqiqə oynadı, "Şevardeni" çətin səfərdən xalla ayrıldı

21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Fərid Nəbiyev Gürcüstanın "Şevardeni" klubunun heyətində üçüncü oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Tbilisi təmsilçisi ölkə çempionatının 6-cı turunda səfərdə "Kaxeti"nin qonağı olub. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Fərid Nəbiyev 90 dəqiqə oynayıb və oyunda özünü ən yaxşı tərəfdən göstərən futbolçulardan biri olub.

Qeyd edək ki, icarə əsasında "Şevardeni"də çıxış edən istedadlı oyunçu 3 oyundan sonra 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Şevardeni" 6 turdan sonra 8 xalla 6-cı pillədə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right