Robin Van Presi "Feyenoord"dan ayrılır?

Qış transfer pəncərəsində "Fənərbaxça"dan ayrılaraq "Feyenoord"a transfer olan hollandiyalı hücumçu Robin Van Persi zədə problemi yaşamağa davam edir.

 

Newsport.az xəbər verir ki, mövsümün ilk yarısında İstanbul klubunda zədə səbəbindən bir çox oyunda iştirak etməyn futbolçu eyni halı Hollandiyada da yaşayır. Hollandiya mətbuatı iddia edir ki, "Feyenoord" mövsümün sonunda onunla yolları ayıracaq. Xəbərdə "Feyenoord" idarə heyətinin tez-tez zədələnən Robin Van Persi ilə yola davam etmək istəmədiyi bildirilib. halda hüçumcu oyuçunun müqaviləsində yazılan maddə diqqət çəkdi. 34 yaşlı futbolçunun müqaviləsində iki tərəfdən birinin istəyi ilə sazişin ləğv ediləcəyi maddəsi var.

 

Qeyd edək ki, Van Persi ötən günlərdə açıqlamasında futbolu "Feyenoord" komandası ilə sonlandırmaq istədiyini söyləmişdi. Təcrübəli hücumçu 9 oyunda 4 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right