"Zenit"in futbolçusu "Real" və "Yuventus"un hədəfindədir

Rusiyanın "Zenit" klubunun futbolçusu Leandro Paredes dünyanın nəhəng komandalarının hədəfindədir. 

Newsport.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi jurnalistlərə vediyi açıqlaması zamanı gələcək illərdə "Real" və ya "Yuventus"da oynayacağını bildirib və bu komandalar arasında seçim etməyin çətin olacağını deyib. O, yekun qərarını dünya çempionatından sonra verəcəyini vurğulayıb.

Qeyd edək ki, mövsümün əvvəlində "Roma"dan 23 milyon avroya "Zenit"ə transfer olan Paredes bu mövsüm 33 oyuna çıxaraq 5 qol və 8 assist ilə oynayıb. 23 yaşlı futbolçu Argentina millisinə ötən ildən dəvət alır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right