"Bavariya" yeni baş məşqçiylə anlaşıb

Mövsümün sonuna qədər Yupp Haynkesi baş məşqçi postuna gətirən "Bavariya" artıq yeni çalışdırcısını müəyyənləşdirib.

Newsport.az xəbər verir ki, Münhen klubunun "sükanı arxası"na Niko Kovaç keçəcək. Bu barədə "Bild" nəşri məlumat yayıb. Xəbərdə bildirili ki, xorvatiyalı mütəxəssis mövsümün sonunda hazırki iş yeri "Ayntraxt"dan ayrılacaq və "Bavariya"nın yeni baş məşqçisi təyini ediləcək. Məlumat tezliklə klub tərəfindən rəsmi şəkildə bəyan ediləcək. Müqavilənin şərtləri və detalları barədə məlumat verilməyib.

 

Qeyd edək ki, 46 yaşlı Kovaç 2012-2013-cü illərdə Xorvatiyanın U-21, 2013-2015-ci llərdə isə əsas komandasını çalışdırıb. 2015-cı ildə Bundesliqaya üz tutan mütəxəssis Frankfurt "Ayntraxt"ı ilə müqavilə bağlamışdı.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right