İnyesta Çin klubu ilə müqavilə bağlayıb?

"Barselona"nın kapitanı Andres İnyesta Çin klubuna keçməyə yaxındır.

Newsport.az-ın məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi “Tyantszin Tsyuantsyan” klubu ilə 3 illik müqavilə imzalayıb. 

Müqavilənin şərtlərinə görə, tərəflər anlaşmanı daha bir illiyinə uzada bilərlər. İspaniya millisinin üzvü ilinə 37 milyon avro qazanacaq.

Qeyd edək ki, İnyesta Çempionlar Liqasının 1/4 finalının “Roma” ilə cavab oyunundan sonra verdiyi açıqlamada "Barsa"dan ayrılacağına işarə etmişdi. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right