Arazın komandası kubokla vidalaşdı

Kipr kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, millimizin üzvü Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis" növbəti matçına çıxıb. 

Famaqusto təmsilçisi səfərdə "Apollon”un qonağı olub. İlk görüşdə rəqibi ilə bərabərə qalan (1:1) "Anortosis" bu dəfə rəqibinə 1:2 hesabı ilə uduzaraq kubokda mübarizəni dayandırıb.

Start heyətdə meydana çıxan Araz matçın 85-ci dəqiqəsində əvəzlənib. O, 58-ci dəqiqədə sarı vərəqə almaqla “fərqlənib”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right