“Neftçi” avrokuboklar üçün stadion seçdi: Fərqli məkan

Azərbaycan Premyer Liqasının 5-ci pilləsində qərarlaşan, ölkə kubokunda yarımfinala qədər irəliləyən "Neftçi" klubu avrokubokların hazırlıqlarına başlayıb.

Newsport.az-ın məlumatına görə, "ağ-qaralar" bu yay avrokuboklarda ev oyunlarını keçirəcəyi stadionu müəyyənləşdirib. Paytaxt klubu avrokuboklara vəsiqə qazansa, rəqiblərini "Bakcel Arena"da qarşılamayacaq.8-ci km qəsəbə stadionunda görüləcək təmir işləri "Neftçi” rəhbərliyini "Dalğa Arena"nı seçməsinə vadar edib. 

Qeyd edək ki, "Sumqayıt" və "Qəbələ" klubları da Avropa Liqasına vəsiqə qazansa, "Dalğa Arena"dan istifadə etməyi planlaşdırır.

Futbol11.az

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right