Seyidovdan daha bir uğurlu oyun: penalti qazandı

Həmyerlimiz Valeh Seyidovun formasını geyindiyi “Louletano” növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Portuqaliya çempionatının 2-ci liqasında mübarizə aparan komanda “Kastrense” ilə görüşdə 4:1 hesabı ilə qalib gəlib.

Bu qələbə sayəsində 16 komandanın mübarizə apardığı yarışda 7-ci pillədə möhkəmlənən “Louletano”nun uğurunda Valehin də rolu olub. Oyunun sonlarında meydana daxil olan Seyidov, fərdi reyddən sonra penalti qazanıb. Zərbəni yerinə yetirməyi komandanın bombardiri Xuan San Martinə etibar edən həmyerlimiz, beləliklə, onun het-trik müəllifi olmasına da yardım edib.

Xatırladaq ki, “Louletano” hazırda 28 turdan sonra 41 xal toplayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right