"Bavariya"da iki ciddi itki

"Bavariya"nın futbolçuları Arturo Vidal və David Alaba Çempionlar Liqasının 1/4 final mərhələsində "Sevilya" ilə cavab oyununu buraxacaqlar.

Newsport.azn məlumatına görə, bu barədə Münhen klubunun baş məşqçisi Yupp Haynkes məlumat verib. O, zədəli oyunçuların matç gününə kimi bərpa olmayacağını vurğulayıb.

Qeyd edək ki, "Bavariya" - "Sevilya" görüşü sabah keçiriləcək. Bu komandalar arasında ilk oyunda Almaniya təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right