"Beşiktaş" "Yuventus"un oyunçusunu transfer edir

Mövsümün sonunda “Beşiktaş” heyətini daha bir ulduz futbolçuyla gücləndirməyi planlaşdırır.

Newsport.az xəbər verir ki, İtaliya mtbuatının iddiasına görə, İstanbul təmsilçiləri “Yuventus”un hücumçusu Mario Mandzukiç transferini reallaşdırmaq niyyətindədirlər. Son zamanlar heyətə düşməkdə çətinlik çəkən 31 yaşlı forvardın da bu keçidə isti baxdığı söylənilir.

Qeyd edək ki, xorvatiyalı oyunçu 2015-ci ildən “Yuventus”un şərəfini qoruyur.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right