“Qəbələ"dən döndükdən sonra özümə gələ bilməmişəm” Endi Hallidey

“Hələ də fərdi məşqlərə ehtiyacım var. Oyun praktikasının azlığı problemi qalmaqdadı”.

Newsport.az-ın məlumatına görə, bunu “Reyncers”in futbolçusu Endi Hallidey deyib.

İcarə əsasında formasını geyindiyi “Qəbələ”dən qış fasiləsində ayrılan yarımmüdafiəçi hələ də Şotlandiya təmsilçisində əsas heyətə düşə bilmir.

Oyunların əksəriyyətində meydana sonradan daxil olan Hallidey yerli mətbuata açıqlamasında buna səbəb kimi “Qəbələ”də ehtiyatda qalmasını göstərib:

“Azərbaycandan döndükdən bəri tam özümə gələ bilməmişəm. “Qəbələ”də olarkən müntəzəm çıxış etmədiyimdən, formadan uzaq düşdüm. İndi isə toparlanmağa çalışıram. İnanıram ki, matçlarda iştirak etdikcə vəziyyətimi düzəldəcəm”.

Endi Hallidey Şotlandiya Premyer Liqasının geridə qalan turunda “Dandi” (4:0) ilə qarşılaşmanın son 30 dəqiqəsində meydanda olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right