"Qalatasaray" zirvəni əldən verdi

Türkiyə Super Liqasında 28-ci tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, turun ilk oyununda çempionluq uğrunda mübarizə aparan “Başakşəhər” “Yeni Malatyaspor”u qəbul edib.

İstanbul təmsilçisi doğma meydanda minimal hesabla qalib gəlib. Son çempion “Beşiktaş” şənbə günü meydana çıxıb. “Qara qartal” evdə “Göztəpə”ni böyük hesabla məğlub edib - 5:1.

Bazar günü isə "Fənərbaxça" doğma meydanda "Osmanlıspor"dan üstün olub. Lider “Qalatasaray” bazar ertəsi meydana çıxıb. “Aslanlar” Ankarada “Gənclərbirliyi”nin qonağı olub

Millimizin forvardı Dəniz Yılmazın da oynadığı bu görüşdə komandası İstanbul nəhəngini zirvədən edib.

O, start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib. Paytaxt təmsilçisinin son dəqiqələrdə vurduğu qol "Qalatasaray"ı ikinci pilləyə endirib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right