Klopp: "Qvardiola dünyanın ən yaxşı baş məşqçisidir"

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşündə "Mançester Siti"yə qarşı keçirəcəkləri oyunda öncə mətbuat konfransında fikirlərini səsləndirib.

Newsport.az-ın məlumatına görə, alman mütəxəssis "Mançester Siti"nin hazırda pis formada olması fikirlərinə qatılmayıb:

"Biz "Mançester Siti" ilə sentyabr ayında oynadıq və 0:5 hesabı ilə  məğlub olduq. Necə keyfiyyətli bir komanda olduqularını gördünüz. Pep Qvardiola dünyanın ən yaxşı baş məşqçisidir. Sadəcə, futbolda səhvsiz olmayan şey yoxdur. Bəzi həftələrdə, günlərdə, hətta dəqiqələrdə də bəzi şeylər dəyişir. Lakin "Mançester Siti" mövsüm boyu ən istəkli komanda olub".

Qeyd edək ki, "Mançester Siti" - "Liverpul" oyunu bu gün Bakı vaxtıyla saat 23:45-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right