Həmyerlimiz ehtiyatda qaldı

Futbol üzrə Rusiya Premyer Liqasında 25-ci turun oyunları davam edir. 

Newsport.az xəbər verir ki, həmyerlimiz Ayaz Quliyevin formasını geyindiyi “Rostov”  səfərdə Moskva “Lokomotiv”i ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Görüşün protokoluna salınan Ayaz matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib. 

Qeyd edək ki, “Rostov” geridə qalan turlarda topladığı 27 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right