Rafael Benites İspaniyaya qayıdır?

İngiltərənin "Nyukasl" klubunun baş məşqçisi Rafael Benites mövsümün sonunda İspaniyaya qayıda bilər.

Newsport.az xəbər verir ki, bu iddia ilə İngiltərə mətbuatı çıxış edib. Belə ki, "Real" və "Valensiya"dakı işi ilə tanınan 57 yaşlı mütəxəssis "Real Sosyedad" komandasının baş məşqçisi postuna əsas namizəddir. Xatırladaq ki, bu postdan bir neçə tur əvvəl Eusebio Sakristan istefaya göndərilmişdi.

Benitesin Nyukaslla müqavilsəi 2019-cu ilin yayında başa çatır. İngiltərə təmsilçisi onunla müqaviləni artırmaq fikrində deyil.

Qeyd edək ki, Real Sosyedad hazırda La liqada 16-cı , Nyukasl isə premyer liqada 10-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right