"Siti" çempiona olsaydı, azarkeşlərimiz üçün ölümə bərabər olardı" Pol Pogba

İngiltərə Premyer Liqasının 33-cü turu çərçivəsində lider “Mançhester Siti”ni qəbul edən “Mançehster Yunayted”in futbolçusu Pol Pogba oyun haqda danışıb.

Newsport.az xəbər verir ki, bu derbidə vurduğu iki qolla oyunun qəhramanına çevrilən Fransalı yarımmüdafiəçi  “Siti”ylə görüşdə məğlub olsaydılar bu, azarkeşlər üçün ölümə bərabər olardı deyib:

“2-0 geriyə düşdüyümüzdə qol vurmağımız lazım idi. Onlar daha çox hücum edir və müdafiə olunmağı sevmirlər. Mən “Siti”yə məğlub olmaq istəməndim. Bu gün Çempionluğu təmin etsəydilər, azarkeşlərimiz üçün ölümə bərabər olardı.  Qazanmaqlarına icazə vermədim. Fasilədə isə itirəcək heç nəyimizin olmadığını anladıq”.

Qeyd edək ki, bu matçda “Mançhester Siti” qalib gələcəyi təqdirdə çempionluğu təmin edəcəkdi. “Mançhester Yunayted” 2-0 geri düşdüyü matçdan geri dönüş edərək oyunu 3-2 hesabıyla qalib bitirib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right