Ndlovu Çində dubl etdi

Qış fasiləsində "Qarabağ"dan Çinin "Xançjou Qrintaun" klubuna transfer olunan Dino Ndlovu yeni komandasında növbəti dəfə fərqlənib.

Newsport.az xəbə verir ki, Cənubi afrikalı hücumçu birinci liqanın 5-ci turunun “Heylunçzyan Lava Sprinq” klubu ilə görüşündə 2 qol vurub. Əvvəlcə 25-ci dəqiqədə hesabı açan futbolçu 1 saatın tamamında fərqi 2 topa çatdırıb. 88-ci dəqiqədə rəqib komanda qollardan birinin əvəzini çıxsa da, görüş “Xançjou Qrintaun” klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, 5 turdan sonra Ndlovunun aktivində 6 qol var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right