18 yaşlı futbolçu dünyasını dəyişdi

Fransanın aşağı dəstəsində mübarizə aparan "Le Havre" klubunun müdafiəçisi Samba Diop gözlənilmədən dünyasını dəyişib.

Newsport.az xəbər verir ki, bu haqda məlumatı klubun rəsmi saytı yayıb.18 yaşlı futbolçu evində ölü halda tapılıb. Onun hansı səbəbdən dünyasını dəyişdiyi haqda məlumat verilmir. Futbolçunun vəfatı ilə əlaqədar olaraq komandanın bu həftə oynanılacaq görüşü təxirə salınıb.

Qeyd edək ki, müdafiəçi Fransa U-19 milli komandasının da üzvü idi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right