Nazarov 76 dəqiqə oynadı

Almaniya 2-ci bundesliqasında 29-cu turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Aue” öz meydanında “Sent Pauli”ni qəbul edib. Görüş  meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Start heyətdə meydana çıxan Nazarov 76-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Aue” 39 xalla 8-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right