Pavel Paşayev 90 dəqiqə oynadı, komandası qalib gəldi

Ukrayna çempionatında 26-cı turun oyunları keçirilib. 

Newsport.az saytının məlumatına görə, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda “Stal” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.

Paşayev də bu görüşün iştirakçısı olub. Millimizin futbolçusu start heyətdə meydana çıxıb və sonadək oynayıb.

"Aleksandriya" geridə qalan turlarda topladığı 29 xalla elitada qalmaq uğrunda mübarizə aparan ikinci altılıq klubları arasında 2-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right