Umtiti "Barselona"nı tərk edir?

"Barselona"nın müdafiəçisi Samuel Umtiti gələcək taleyi ilə bağlı sualları cavablandırıb.

Newsport.az saytının məlumatına görə, ulduz futbolçu hələ də klubdan yeni müqavilə təklifi almadığını təsdiqləyib.

Ancaq Fransa millisinin üzvü karyerasını Kataloniya klubunda davam etdirmək istəyini də gizlətməyib: “Barselona”da özümü xoşbəxt hiss edirəm. Düzdü, digər klublardan təkliflər var. Ancaq bütün diqqətimi komandama yönəltmişəm və burda qalmaq istəyirəm. Hazırda getmək barədə düşünmürəm. Futbolda hər şey sürətlə baş verir. “Barselona” ilə yeni müqavilə məsələsini hələ müzakirə etməmişik. Transfer qiymətimin (60 milyon avro) az olması ilə razıyam. Ancaq bu barədə düşünmürəm”.

Qeyd edək ki, Samuel Umtiti bu mövsüm “Barselona”nın heyətində ümumilikdə 35 matçda iştirak edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right