Emre Morun yaşıl meydanlardan kənar qalma səbəbi məlum oldu

İspaniyanın “Selta” klubunun baş məşqçisi Xuan Karlos Unze türkiyəli futbolçu Emre Morun əsas heyətdən kənar qalması haqda danışıb.

Newsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis jurnalistlərə vediyi açıqlama zamanı Emrenin davranışlarında dəyişiklik hiss etdiyini bildirib:

“Emre Moru bir neçə oyundur ki, əsas heyətə salmıram. Səbəb isə, ona söylədiyim kimi, hərəkətləri komanda yoldaşları ilə eyni deyil. Digərlərindən fərqli davranır. Zamanla hər şeyin qaydasına düşəcəyinə ümid edirəm”.

20 yaşlı futbolçu bu mövsüm “Selta” forması ilə çıxdığı 19 oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, yarımmüdafiəçi qış transfer dönəmində “Borusiyya Dortmund”dan “Selta”ya transfer olunub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right