"Bəzi stadionlarda insanlar mənə “qara İtalyan yoxdur” deyə qışqırırlar" Mario Balotelli

Fransanın “Nitsa” klubunun və İtaliya millisinin üzvü Mario Balotelli həyatı boyunca məruz qaldığı irqçi münasibət haqda danışıb.

Newsport.az xəbər verir ki, Fransanın məşhur nəşrlərindən birinə müsahibə verən 27 yaşlı hücumçu, rənginin qara olmasının ona hər zaman poblem törətdiyini bildiib:

“ağ dərili olsaydım, daha az problem yaşayadım. Bəzi stadionlarda insanlar mənə “qara İtalyan yoxdur” deyə qışqırırlar. Mən İtaliyada dünyaya gəldim, burada böyüdüm və 18 yaşıma çatdığımda İtaliya vətəndaşı oldum.  İnsanların əksəriyyəti qara dərili olmağı təhqir kimi görürlər”.

Keçmişdə etdiyi səhvlərdən danışan Mario İtaliyanın irqçi bir ölkə olmadığını da fikirlərinə əlavə edib:

“Keçmiş həyatım zamanı səhlərim olub. Pis vərdişlərim var idi. Ancaq ağ dərili olsaydım tez bağışlanardım? deyə soruşsanız, əminliklə “hə” deyərdim. İtaliya irqçi bir ölkə deyil, ancaq içində bəzi irqçilər var. Dəyişim gələcək nəsillərin əlindədir. Onlara anlatmaq lazımdır ki, rəng heç nəyi dəyişmir, insanlar hamısı eynidir”.

Qeyd edək ki, Balotelli 2016-cı ildən “Nitsa”nın şərəfini qoruyur.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right