Neymarın PSJ-də məşqlərə başlayacağı tarix müəyyənləşdi

Braziliya millisinin futbolçusu Neymarın PSJ-nİn düşərgəsinə qayıdacağı tarix müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, ağır zədədən sonra müalicəsini davam etdirən 26 yaşlı hücumçu aprelin sonunda komandaya qoşulacaq.

Hazırda PSJ-nin həkiminin nəzarəti altında bərpa prosesi keçən Neymarın Fransa çempionatının son 3 oyununda – “Amyen”, “Renn” və “Kan”la görüşlərdə Paris təmsilçisinə kömək edə biləcəyi proqnozlaşdırılır.

PSJ Fransa Kubokunun finalına çıxacağı təqdirdə, onun bu görüşdə də iştirak etmək ehtimalı var. Daha əvvəl Braziliya yığmasının həkimi Rodriqo Lasmar forvardın, təqribən, 3 ay yaşıl meydanlardan kənar qalacağını bildirmişdi.

Neymar fevralın 25-də PSJ-nin Fransa çempionatının XXVII turunda evdə “Marsel”i 3:0 hesabı ilə məğlub etdiyi oyunda zədələnib.

Ona baldırla pəncəni birləşdirən bağların dartılması və pəncə sümüyündə çat diaqnozu qoyulub. Neymar cari mövsümdə PSJ-nin heyətində 30 oyunda iştirak edib və 29 qol vurmaqla yanaşı, 19 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right