"Bu ölkəni üç aya fəth etdim"

Zlatan İbrahimoviç “Los-Anceles Qalaksi”yə keçidi ilə bağlı açıqlama verib.

Newsport.az xəbər verir ki, 38 yaşlı hücumçu yaşının çox olmasının onu qətiyyən narahat etmədiyini bildirib: 

“PSJ-dən ayrıldıqdan sonra bura gəlməli idim, ancaq özümü hələ gənc hiss edirəm. Mən qoca doğulmuşam və gənc öləcəm. Yaşım məni qətiyyən narahat etmir. İngiltərəyə əlil arabasında gəlmişdim. Amma bu ölkəni üç aya fəth etdim.

Şir yenə də acdı. Burada qalib gəlmək üçünəm. Əminəm ki, yenə də qalib gələcəm. Ən yaxın zamanda meydana çıxmağa hazıram”.

Qeyd edək ki, 2016-cı ildən "Mançhester Yunayted"də çıxış edən İbra qış transferində  “Los-Anceles Qalaksi” klubuna transfer olunub.

 

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right