Ben Arfa PSJ-dən ayrıldığını açıqladı

PSJ-nin futbolçusu Hatem Ben Arfa yaxın günlərdə klubundan ayrılacağını açıqlayıb.

Newsport.az xəbər verir ki, rəsmi “tvitter” hesabında paylaşım edən 31 yaşlı futbolçu bu sözləri yazıb: “qısa bir müddətdən sonra PSJ-dəki karyerama son qoyacam. Çətin zamanlar yaşadığıma baxmayaraq, bu formanı geyindiyim üçün çox xoşbəxtəm. Komanda yoldaşlarımla keçirdiyim gözəl günləri həmişə xatırlayacam”.

Klubun azarkeşlərini də unutmayan fransalı futbolçu, ona dəstək olduqları üçün azarkeşlərə təşəkkürünü bildirib: “mənə dəstək olan bütün azarkeşlərə təşəkkürlərimi çatdırıram.  Bu klubu hər zaman sevəcəm”.

Qeyd edək ki, 2016-cı ildən PSJ-də çıxış edən Ben Arfa bu mövsüm ilk 11-likdə meydana çıxmayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right