Memfis Depaydan "Milan" açıqlamas

Fransanın "Lion" klubunda çıxış edən Memfis Depay bu mövsüm sərgilədiyi oyunla Avropa klublarının transfer radarına düşməyi bacardı.

Newsport.az-ın məlumatına görə, Hollandiya millisinin üzvü transfer şayiələri haqda açıqlama verib. Adı daha çox "Milan"la hallanan futbolçu açıqlamasında bu fikirləri səsləndirib:

"Hazırda yalnız "Lion"a köklənmişəm. İndi transferlə bağlı danışmaq zamanı deyil. "Milan" tarixi olan böyük klubdur. Ancaq dünyada başqa böyük komandalar da var".

Qeyd edək ki, Depay mövsümün əvvəlində "Mançester Yunayted"dən "Lion"a keçib. 24 yaşlı vinger bu mövsüm 43 oyuna 13 qol vurub, 9 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right