Məşhur futbolçu ölümdən döndü

Futbol üzrə Slovakiya yığmasının və Türkiyənin “Fənərbaxça” klubunun müdafiəçisi Martin Şkrtel ölümdən dönüb.

Newsport.az saytının məlumatına görə, o, bu gün Tailandla yoxlama oyununda xoşagəlməz halla üzləşib. Belə ki, qarşılaşmanın 28-ci dəqiqəsində rəqib futbolçunun zərbəsindən sonra top Şkrtelin sifətinə dəyib. Bu epizodda özündən gedən futbolçu yerə yıxılıb. Onun köməyinə ilk olaraq komanda yoldaşları çatıblar. Özlərini çatdıran həkimlərin də müdaxiləsindən sonra dili qatlanan futbolçunu özünə gətirmək mümkün olub.

Slovakiya yığmasının məşqçilər korpusu futbolçunun yenidən meydana qayıtmasına icazə verməyiblər və o, əvəzlənməli olub. Hazırda müdafiəçinin vəziyyətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, beş qolun qeydə alındığı bu oyunda Şkrtelin komandası 3:2 hesablı qələbəyə sevinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right