Ronaldoda 900 oldu, Ramosda 150

“Real”ın və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo peşəkar karyerasında 900-cü oyununu keçirib.

Newsport.az saytının məlumatına görə, Ronaldonun komanda yoldaşı Serxio Ramos üçün də yığmanın oyunu əlamətdar olub.

O, İspaniya yığmasında 150-ci oyununa çıxıb. Ronaldo üçün yubiley qarşılaşması Misirlə oyunda tarixə düşüb. Portuqaliyanın 2:1 hesabı ilə qalib gəldiyi oyunda Ronaldo dubl edib.

Kriştiano karyerası ərzində “Real”da 429, “Mançester Yunayted”də 292, Portuqaliya yığmasında 148, “Sportinq”də isə 31 oyun keçirib.

Serxio Ramos isə Almaniya ilə keçirilən oyunda yığmanın formasını 150-ci dəfə geyinib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right