İbrahimoviç "Mançester Yunayted"dən rəsmən ayrıldı!

"Mançester Yunayted"in hücumçusu Zlatan İbrahimoviç klubu ilə yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, ulduz futbolçu karyerasını ABŞ-da davam etdirmək qərarına gəlib.

Veteran forvard bu istəyini rəhbərliyə çatdırıb. Baş məşqçi Joze Mourinyo da müqavilə müddəti mövsümün sonuna qədər olan İbranın indi ayrılmasına razılıq verib. Bundan sonra tərəflər qarşılıqlı razılıqla müqaviləyə xitam veriblər.

Artıq bu həftəsonu Zlatanın MLS çempionatında çıxış edən "Los-Anceles Qalaksi" tərəfindən təqdim edilməsi gözlənilir. Məlumatda 36 yaşlı oyunçunun ABŞ klubu ilə müqavilə imzaladığı, keçidin bir neçə gündən sonra rəsmən elan ediləcəyi qeyd olunub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right