"Onun qiyməti hər keçən gün bir az da artır"

“İnter”in hücumçusu Mauro İkardinin meneceri və həyat yoldaşı Vanda Nara futbolçunun karyerası haqda danışıb.

Newsport.az xəbər verir ki, İtaliya mətbuatına danışan Nara bildirib ki, “İkardi və mən transfer məsələsində çox səbrli hərəkət edirik. “İnter”lə yeni müqavilə bağlayacağıqmı? Bunu gələcək göstərəcək. Ancaq İkardinin qiyməti hər keçən gün bir az da artır. Müqavilə yenilənəcəyi təqdirdə, şərtlər daha da yaxşı olmalıdır, lakin hər şeyi zaman göstərəcək".

Qeyd edək ki, İkardi bu mövsüm topkam 22 qola imza atıb.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right