"O, inanılmaz dərəcədə güclü futbolçudur"

“Çelsi”nin sabiq hücumçusu Didye Droqba İspaniya mətbuatına açıqlama verib.

Newsport.az
xəbər verir ki, o, Argentina millisi və “Barselona”nın hücumçusunu Maradona və Pele ilə müqayisə edib: 
“Əgər Messi dünya çempionu adını qazansa, əfsanəvi futbolçu olacaq. O, inanılmaz dərəcədə güclü futbolçudur. Bununla belə, hesab edirəm ki, hələ Maradona və Pele səviyyəsinə çatmayıb. Ancaq buna çox yaxındır”.

Kot-d'İvuarlı futbolçu sözlərinə bunları da əlavə edib: “Messi elə indi karyerasını bitirə bilər. Çünki futbol üçün çox şey edib”.

Qeyd edək ki, Messi bu mövsüm La Liqada meydana çıxdığı 30 oyunda 25 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right