Rusiya milli komandası ilə yoldaşlıq oyunu keçirmək üçün Moskvaya gələn Braziliya millisi Spartak stadionunda məşqə çıxıb.
Newsport.az xəbər verir ki, bütün futbolçuların gəlib çata bilmədiyinə görə məşqçilər heyəti hazırlığın normal getməsi üçün Spartak klubunun gənclər komandasından 5 nəfəri məşqə qatıb. Onlar arasında azərbaycanlı futbolçu da olub. Bu Turqay Mehbalıyevdir.
Qeyd edək ki, 2000-ci ildən olan müdafiəçi, Azərbaycanda anadan olmasına baxmayaraq Rusiya millisini seçib. Kumiri Serxio Ramosdur