"Bakı əyləncəli idi"

"Azərbaycanda bütün diqqət "Qarabağ"ın üzərində idi. Komanda Çempionlar Liqasının qrup mərhələsində mübarizə apardı".

Newsport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın sabiq futbolçusu Tarik Elyunussi deyib. Qışda Ağdam klubundan ayrılaraq İsveçin AİK komandasına keçən norveçli vinger "TV 2" telekanalına müsahibə verib. O, ölkəmizdən danışıb, Bakının gözəl şəhər olduğunu vurğulayıb:

"Azərbaycan gözəl ölkədi. Bakı əyləncəli idi. Demək olar ki, hər şeydən razı idim. Mənə köməklik edən sürücü var idi. Çünki Bakıda tıxac çox olur". 

30 yaşlı futbolçu "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparmasını böyük hadisə kimi dəyərləndirib: "Əlbəttə, bu, böyük hadisə idi. Biz həmin turnirdə məşhur komandalarla mübarizə apardıq, ulduz futbolçuları gördük".

Elyunussi ondan Bakıda qaldığı mənzil haqda verilən sualı isə belə cavablandırıb: "Bakıda qaldığım mənzil yaxşı deyildi. Çox təəssüf ki, tualet qızıldan hazırlanmışdı (gülür). Mənim istifadə etdiyim elə idi".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right