"Azərbaycan millisi son seçmə mərhələdə yaxşı xal topladı"

Azərbaycan millisinin yoxlama oyununda qüvvəsini sınayacağı Belarus yığmasının müdafiəçisi Sergey Politeviç ölkəsinin mətbuatına müsahibə verib.

Newsport.az xəbər verir ki, Politeviç müsahibə zamanı yığmamız və Sloveniya millisinə qarşı keçirəcəkləri yoxlama oyunları barədə də danışıb:

“Yaxşı komandalara qarşı oynayacağıq. Buna görə, nikbinəm. Milli komanda uzun müddətdi bir araya gəlməyib. Şükür, bütün futbolçular sağlamdı və yoxlama oyunlarına tam hazırdılar. Lakin təəssüf ki, Polyakov zədələndi və qarşıdakı görüşlərdə çıxış edə bilməyəcək.

Rəqiblərimizin heç birinin oyunlarını izləməmişəm. Ancaq bilirəm ki, Azərbaycan millisi son seçmə mərhələdə yaxşı xal topladı və bütün rəqiblərinə qarşı döyüşdü”.

Qeyd edək ki, Azərbaycan - Belarus oyunu martın 23-də saat 20:00-da, Bakı Olimpiya stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right