Kasilyas "Portu"dan ayrılır?

“Portu”nun qapıçısı İker Kasilyas karyerasını Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) davam etdirə bilər.

Newsport.az xəbər verir ki, bu iddia ilə portuqaliya mətbuatı çıxış edib. Xəbərdə ispan qolkiperin xidmətində BƏƏ-nin “Əl-Nəsr” klubunun maraqlı olduğu qeyd edilib. Ərəblər 36 yaşlı qapıçıya illik 2,5 milyon avro ödəməyə hazırdı.

Mövsümün sonunda müqaviləsi başa çatacaq Kasilyasın da BƏƏ-də çıxış etməyin əleyhinə olmadığı vurğulanıb.

Qeyd edək ki, Kasilyas 2015-ci ildən "Portu"da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right