Sergey Politeviç: "Azərbaycan bütün komandalara qarşı vuruşdu"

"Yaxşı komandalara qarşı oynayacağıq. Buna görə matçlara köklənmişik. Çox sevinirəm ki, futbolçuların çoxunun zədəsi yoxdu və yoldaşlıq görüşlərinə hazırlaşırlar".

Newsport.az xəbər verir ki, bu sözləri Belarus millisinin futbolçusu Sergey Politeviç deyib. 

27 yaşlı futbolçu yerli mətbuata açıqlamasında Azərbaycan və Sloveniya ilə keçiriləcək yoldaşlıq görüşlərini dəyərləndirib.

O, yığmamızın DÇ-2018-in seçmə mərhələsində yaxşı çıxış etdiyini vurğulayıb: "Həm Azərbaycanın, həm də Sloveniyanın oyunlarını izləmişəm. Onu deyə bilərəm ki, Azərbaycan ötən il dünya çempionatının seçmə mərhələsində yaxşı xal topladı, bütün komandalara qarşı vuruşdu". 

Qeyd edək ki, Azərbaycan - Belarus oyunu martın 23-ü saat 20:00-da başlayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right