Çexiyada ən yaxşılar məlumdu

Çexiyada 2017-ci ilin ən yaxşı futbolçusu bəlli olub.

Newsport.az xəbər verir ki, Almaniyanın “Herta” klubunda çıxış edən Vladimir Darida ötən il üçün Çexiyanın ən yaxşı oyunçusu seçilib. O, bu yolda birinciliyə əsas namizədlərdən sayılan London “Arsenal”ının şərəfini qoruyan qapıçı Petr Çexi 109 bal qabaqlayıb.

Çexiyada ilin məşqçisi adını isə Pavel Vrba qazanıb. O, səslərin 407-sini toplayaraq bütün rəqibləri arasında birinci olub.

Qeyd edək ki, Pavel “Viktoriya”nın baş məşqçisi postunda komandası ilə Avropa Liqasının 1/8 finalına kimi irəliləyib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right