"Azərbaycan və Sloveniya yığmaları barədə hələlik heç nə bilmirəm" İvan Mayevski

Belarus millisinin futbolçusu İvan Mayevski jurnalistlərə müsahibə verib.

Newsport.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi bildirib ki, millidə bütün rəqiblərə qarşı oynamaq onun üçün maraqlıdır: "Mənim üçün rəqibin Sloveniya, Azərbaycan, Lüksemburq və ya Fransa olması vacib deyil. Yığmada oynayırsansa, istənilən matç maraqlıdır".

Millimiz və Sloveniya yığması haqda danışan təcrübəli futbolçu sözlərinə bunları da əlavə edib: "Azərbaycan və Sloveniya yığmaları barədə hələlik heç nə bilmirəm. Bir gündür yığışmışıq. Rəqiblər haqda hələ ki danışmamışıq".

Qeyd edək ki, Azərbaycan - Belarus görüşü martın 23-ü saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right