"Hərdən bir az şərab içirəm ki, bu da səhhətimə zərər vermir" Lionel Messi

 “Barselona”nın hücumçusu Lionel Messi İspaniya mətbatına müsahibə verib.

Newsport.az
xəbər verir ki, 22-23 yaşlarında pəhrizin nə demək olduğunu bilmədiyini söyləyən argentinalı futbolçu sonradan bəzi qidalanma qaydalarına riayət etdiyini bildirib: 

"İndi hər şey dəyişib. Yeməklərlə bağlı özümə məhdudiyyət qoymuram, amma bəzi qaydalara əməl edirəm. Hərdən bir az şərab içirəm ki, bu da səhhətimə zərər vermir. Əvvəllər bəzi oyunlarda ürəyim bulanırdı. İndi isə belə bir hal olmur. Orqanizmimdə dəyişiklik baş verib. Bu mənada rahatam”.

Qeyd edək ki, Lionel Messi "Barselona" futbol akademiyasının yetirməsidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right