"Qarabağ"ın futbolçusu milliyə niyə dəvət almayıb?

"Qarabağ"ın futbolçusu Ansi Aqollinin Albaniya millisinə dəvət almamasının səbəbi müəyyənləşib. 

 

Newsport.az xəbər verir ki, cinah müdafiəçisinin yaş amilinə görə millidən kənarda qalıb. Bu barədə məlumatı yığmanın baş məşqçisi Kristian Panuççi verib. O, kapitanı yaş amilinə görə dəvət etmədiyini açıqlayıb:

 

"Aqollinin sentyabrda 36 yaşı olacaq. Onunla bu barədə danışmışam. Lazım olsa, onu milliyə çağıracam. Aqolli ilə 28-30 yaşlarında çalışmaq istəyərdim.  Onun mümkün əvəzləyicini nəzərdən keçirirəm. Buna görə Ansini yığmaya çağırmamağı qərara almışam".

 

Xatırladaq ki, Aqolli Norveçlə yoldaşlıq oyunu üçün yığmaya dəvət almayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right