Futbolun şıltaq uşağı yenə coşdu

Futbol dünyasının şıltaq uşağı kimi tanınan italiyalı futbolçu Balotelli PSJ haqda danışıb.

Newsport.az xəbər verir ki, Mario PSJ-nin Çempionlar Liqasının 1/8 finalında "Real"a məğlub olmağı haqq etdiyini deyib:

 

"PSJ mənim üçün "Qenqam" kimi bir komadandır. Yəni ki, sıradan bir Fransa klubudur. Çempionatı qalib başa vursalar belə, vecimə deyil. Bu mövsüm PSJ-ni izləməmişəm. Məncə, "Real"a uduzmağa layiq idilər. Pul yaxşı komanda qurmaq üçün yetərli deyil".

 

"Nitsa"da xoşbəxt olduğunu bildirən Balotelli sözlərinə bunları da əlavə edib:

 

"Komandamı sevirəm. Keçmişdə yaşamadığım günləri burada keçirirəm. Ən azı Avropa Liqasına vəsiqə qazanmaq istəyirik. Bu, bizim üçün çox önəmldiir. "Nitsa"da sakit insan olmağı öyrəndim. Burada xoşbəxtəm".

 

Qeyd edək ki, Balotelli 2016-cı ildən "Nitsa"da oynayır. Mario bu mövsüm 25 oyuna 21 qol vurub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right