Həmyerlimiz Ukraynada məşqçilik fəaliyyətinə başladı

Ukrayna millisinin sabiq üzvü Aleksandr Əliyev karyerasını məşqçi olaraq davam etdirəcək.

Newsport.az xəbər verir ki, əslən azərbaycanlı olan veteran yarımmüdafiəçi, Ukraynanın həvəskarlar liqasında çıxış edən “Xmelniçkiy” klubunu çalışdıracaq. Bu haqda məlumatı klubun rəsmi saytı yayıb.


Qeyd edək ki, 33 yaşlı A.Əliyev  futbolçu karyerası ərzində Rusiyanın “Anji”,  "Lokomotiv",  Ukraynanın "Metallurq", "Dinamo" və "Dnepr" komandalarında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right