Həmyerlimiz komandasına qələbə qazandırdı

Almaniyanın Şimal-Şərq Regional Liqasında 26-cı turun oyunları baş tutub.

Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindioyi “Dinamo” (Berlin) doğma meydanda “Auerbax” ilə qarşılaşıb. Görüş ev sahiblərinin  2:1 hesablı qələbəsi ilə başa çatıb.

Rüfət də matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan Dadaşov sonadək oynayıb. Komandasının qələbə qolunu da futbolçumuz vurub. O, 86-cı dəqiqədə matçda son nöqtəni qoymaqla komandasına əzmkar qələbə qazandırıb.

 

 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right