“Fənərbaxça”da Kadıköy qanunu deyə bir anlayış var" Volkan Dəmirəl

Dünyada və İstanbulda maraqla gözlənilən derbilədən sayılan “Fənərbaxça” - “Galatasaray” matçı öncəsi , “sarı lacivərlər”in kapitanı Volkan Dəmirəl ilk dəfə əzəli rəqibə qarşı forma geyinəcək futbolçulara öz derbi təcrübəsini anlatıb.

Newsport.az xəbər vrir ki, 36 yaşlı qolkiper “Fənərbaxça”da Kadıköy qanunu deyə bir anlayış var ki, o qanun heç vaxt dəyişmir. “Galatasaray”ı burada həmişə məğlub edirik. Çünki, matça hər zaman öndə başlayırıq. Öz oyununuzu göstərin və gecənin dadını çıxarın”. Deyə bildirib.

Rəqiblərinin buraya qəldikdə qalibiyyəti düşünmədiklərini bildirən Volkan sözlərinə bunları da əlavə edib: “onlar həyəcanlarına qalib gəlməyə çalışarkən, biz, onları məğlub edəcəyik. Soyuqqanlı olmağa çalışın. Onsuz, azarkeşlər sizə bu şəraiti yaradacaqlar”.

Qeyd edək ki, “Fənərbaxça” “Galatasaray” matçı bu axşam, Bakı vaxtı ilə 21:00-da start götürəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right