“Püşkün nəticəsindən razıyam. “Barselona” kimi komanda ilə oynamaq bizim üçün yaxşı stimuldur”.
Newsport.az-ın məlumatına görə, bu sözləri “Roma”nın direktoru Françesko Totti deyib.
“Roma”nın canlı əfsanəsi sabiq komandasının Çempionlar Liqasının 1/4 final mərhələsində “Barselona”ya rəqib olmasına münasibət bildirib.
O, “Roma”nın istənilən komanda ilə mübarizə aparmaq gücündə olduğunu qeyd edib: “Çempionlar Liqasında 8 ən yaxşı komanda sırasına daxilik. İstənilən rəqibə meydan oxumağa hazırıq.
“Barselona” vaxtından əvvəl arxayınlaşmamalıdır. Qrup mərhələsində “Çelsi” və “Atletiko” kimi komandalardan üstün olduq. Sonra isə "Şaxtyor" 1/8 finalda məğlub etdik”.